"İnter" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

Avropa Liqasının qrup mərhələsində sabah evdə "Qarabağ"ı qəbul edəcək "İnter" klubu bu oyuna ciddi itki ilə çıxacaq.

Newsport.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin baş məşqçisi Valter Matsari 5 futbolçunun xidmətindən yararlana bilməyəcək.
 
Bunlar Dodo, Mateo Kovaçiç, Nemanya Vidiç, Huqo Kampanyaro və Conatan Moreyrodur. Hər beş futbolçu zədə səbəbindən "Qarabağ"la sabahkı görüşdə komandalarına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right