Qurban Qurbanov "La Gazetta dello Sport" qəzetinə danışdı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi İtaliyanın məşhur "La Gazetta dello Sport" qəzetinin də diqqətini çəkib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  qəzetin jurnalistləri bu gün Ağdam təmsilçisinin məşkunlaşdığı otelə gələrək komandanın baş məşqçisi Q.Qurbanovdan geniş müsahibə alıblar.

Onlar təcrübəli mütəxəssislə "Qarabağ"ın uğurları və tarixi haqqında  danışıblar. Bundan başqa, jurnalistlər Q.Qurbanovdan "İnter"lə görüş barəsində də fikirlərini öyrəniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right