Sabah "Neftçi"yə yeni vitse-prezident təyin olunacaq!

"Neftçi"də Tahir Süleymanovun gedişindən sonra boş qalan vitse-prezident postunun yeni sahibini çox gözləyəsi olmadıq. Bu vəzifəni icra edən Mübariz Xudiyevin də müvəqqəti olduğu gün kimi aydın idi. Bir müddət bu posta Futzal Federasiyasının prezidenti Zaur Axundovun gətirilməsi gündəmə gəlmişdi. Ancaq hadisələrin axarı elə gətirdi ki, bu təyinat alınmadı. Hər halda, kluba öz adamını yeritmək istəyən Elşad Nəsirov istəyinə çata bildi.

 

Newsport.az  xəbər verir ki,"Rekord.az"-ın etibarlı mənbədən aldığı məlumata görə, sabah - oktyabrın 1-də "Neftçi"yə yeni vitse-prezident təyin olunacaq. Onun adını da biz açıqlayırıq: Elnur Məmmədov! Yəqin ki, aranızda nadir adam tapılar ki, onun kimliyindən xəbəri olsun. Düzü, bizim də informasiyamız çox deyildi.

 

Elnur Məmmədov - AFFA-nın İnfrastruktur və İT üzrə direktoruUEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin üzvüdü. Federasiyada bir müddət akademiyanın meneceri qismində çalışan Məmmədov, klassik Elxan Məmmədov “kadr”ıdı. O, ötən il Bakıda Hərbçilər arasında 1-ci Dünya çempionatının yüksək səviyyədə təşkil olunması və keçirilməsini təmin etdiyi üçün Müdafiə naziri Səfər Əbiyev tərəfindən Fəxri Fərmanla təltif edilib (AFFA-nın baş katibi Elxan Məmmədov və mavini Sərxan Hacıyev də təltif olunmuşdu).

 

Elnur Məmmədov həmçinin AÇ-2020-nin təşkilində Bakının namizədliyini təbliği üzrə yaradılan İşçi Qrupun 7 üzvündən biri olub. O, həmçinin bəzi rəsmi beynəlxalq matçlarda fan-klubla iş üzrə əlaqələndirici şəxs rolunu oynayıb, daha dəqiqi AFFA-nın Fan-klublar üzrə koordinatoru olub. Bununla yanaşı, Məmmədov azərbaycandan keçirilən U-17 qızlardan ibarət yığmaların dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvü və federasiyanın Lisenziyalaşdırma Qrupunun İnfrastuktur meyarları üzrə eksperti postunu da tutub.

 

Bir sözlə, bu şəxs sırf AFFA-nın baş katibi Elxan Məmmədov, dolayısı ilə də onun federasiyadakı hamisi Elşad Nəsirovun adamıdı. Elnur Məmmədovun gün ərzində ictimaiyyətə təqdim olunacağı gözlənilir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right