"Neftçi"nin aparıcı üzvü Julius Vobay komandanı tərk edəcək.
Newsport.az-ın xəbərinə görə,təcrübəli yarımmüdafiəçi Sierra Leone millisinə dəvət alıb.
O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində iştirak edəcək. Sierra Leone yığması oktyabrın 10-da Kamerunu qəbul edəcək. 4 gün sonra isə sözügedən komandanın qonağı olacaq.