"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə oyundan öncə maraqlı açıqlamalar verib.
Newsport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan gənc mütəxəssis komandasına inandığını bildirib.
İstedadlı çalışdırıcımız oyuna ciddi hazırlaşdıqlarını söyləyib: "Sona qədər mübarizə aparmaq əzmindəyik. İstədiyimiz oyunu səfərdə göstərməyə çalışacağıq. İtaliyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. İnanıram ki, “Qarabağ” Milanda öz oyununu nümayiş etdirə biləcək".
"İnter" - "Qarabağ" dueli oktyabrın 2-də, Bakı vaxtı ilə 00:05-də başlanacaq.