Anar Salmanov daha bir beynəlxalq oyuna təyinat alıb.
Newsport.az-ın məlumatına görə, referimiz 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Latviyanın Riqa şəhərində keçirilən 5-ci qrununun oyununu idarə edəcək.
Anar Salmanov meydan sahibi Latviya və Yunanıstan arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Ona Mübariz Həşimovla macar Balaş Buzas yardımçı olacaq. Dördüncü hakim funksiyasını macarıstanlı Sandor Szabo yerinə yetirəcək. Arkadiya stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Anar Salmanov I turun Ukrayna - Yunanıstan oyununu idarə etmişdi. 0:0 hesabı ilə başa çatan oyunda FIFA referisi Ukraynanın 3, Yunanıstanın 2 futbolçusuna sarı vərəqə göstərmişdi. Bu matçda Salmanova həmyerlimiz Mübariz Həşimov, latviyalı Jevgenis Morozovs və Vitalis Spasyonnikovs (dördüncü hakim) yardımçı olmuşdu.
FIFA referisi Ukrayna - Latviya oyununa dördüncü hakim kimi təyinat almışdı. Həmin matçın baş hakimi türk Mete Kalkavan olmuşdu.