Aqolli də iddialı danışdı!

"Qarabağ"ın aparıcı üzvü Ansi Aqolli "İnter"lə oyunöncəsi bir neçə açıqlama verib.

 Newsport.az-ın məlumatına görə, alban müdafiəçi UEFA-nın rəsmi saytına danışıb.


O da komanda yoldaşı Riçard Almeyda kimi iddialı danışıb: "Futbolda hər şey mümkündür. Qarşıda nələrin baş verəcəyini bilmək olmaz. Kim düşünərdi ki, Albaniya yığması Portuqaliyada qalib gələcək? Ancaq biz bunu bacardıq. 

"Qarabağ" da istəyi sayəsində "İnter"ə qalib gələ bilər. Bununla belə, biz rəqibin hücum xəttini unutmamalıyıq. Bu komanda bütün dünyada məşhurdur. Ona görə də bizim qarşımızda asan tapşırıq dayanmır

"İnter" - "Qarabağ" dueli oktyabrın 2-də, Bakı vaxtı ilə 00:05-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right