“İlk oyunda komandada həyəcan hiss olunurdu. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq. Komandada yeni futbolçu çoxdur, uyğunlaşma dövrü keçirlər. Tomi Kostadinovun viza problemi olduğundan yalnız son 3 gündə bizə qoşula bilib. Çatışmazlıqlarımız çoxdur, əsasən hücum xəttini gücləndirməliyik. İrəli xəttdə top saxlaya bilməməyimizdən rəqib istifadə edib üstünlüyə yiyələndi. Marafon uzundur, yolumuz ağırdır. Növbəti oyunlara baxmalıyıq".
Newsport.az saytının məlumatına görə ,bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının ilk turunda "Xəzər Lənkəran"la matçdan (1:1) sonra deyib.
O bildirib ki, Lənkəran təmsilçisi ötən mövsümdən daha güclüdür:
"Xəzər Lənkəran”ın son oyunlarına baxmışdıq. O görüşlərdən indiyə rəqib çox artırıb. Rəqibin hücum xəttində ən təhlükəli futbolçusu Rauf Əliyevdir. Əksər təhlükəli epizodları standart vəziyyətlərdən yaradırlar. Müqayisə etsək, bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha güclüdür ”
T.Əhmədov bu günlərdə komandanın düşərgəsinə iki hücumçunun gələcəyini qeyd edib.