"Dnepr" "İnter"in təklifini rədd etdi

Ukrayna klubunun futbolçusu Yevgeni Konoplyankaya təkliflər gəlməkdə davam edir.

Newsport.az-ın məlumatına görə, "Milan", "İnter", "Roma" və "Liverpul"un ardından "Borussiya" (Dortmund) klubu da 25 yaşlı futbolçuya "elçi" düşüb.

Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp yanvar ayından gənc futbolçunu komandasında görmək istəyir. Lakin Dneprpetrovsk təmsilçisi gələn bütün təklifləri rədd edərək Konoplyanka ilə anlaşıb. Bu isə o deməkdir ki, Ukrayna millisinin üzvü qışda da komandada qalacaq.

Qeyd edək ki, həm "Dnepr", həm İtaliya "İnter"i "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibidir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right