"Qarabağ"ın hörmətə layiq komanda olduğunu göstərəcəyik" – Şehiç

Avropa Liqasının qrup mərhələsində səfərdə "İnter"in qonağı olacaq "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan bosniyalı qolkiper Milanda "Qarabağ"ın hörmətə layiq komanda olduğunu göstərməyə çalışacaqlarını bildirib:

"İtaliyanın əsas komandalarından birinə qarşı necə oynayacağımızı heç kəs bilmir. Gəlin, matçdan zövq almağa çalışaq. Ən əsası da biz güclü və hörmətə layiq komanda olduğumuzu göstərəcəyik".

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right