Açılış oyununda bərabərlik

 

Topaz Premyer Liqasında 2014/15 mövsümü start götürüb. Newsport.az saytının xəbərinə görə, ilk oyun günündə 2 qarşılaşmanın keçiriləcəyi planlaşdırılsa da,  bunlardan biri baş tutmayıb.

 

Belə ki, I turun ilk matçında “Bakı” “Simurq”u qəbul etməli idi. Amma sənədləşmə işlərində problem yarandığı üçün paytaxt təmsilçisinin zaqatalalılarla görüşü təxirə salınıb.

 

Bu səbəbdən gün ərzində yalnız AZAL - “Xəzər Lənkəran” oyunu baş tutub.

 

Görüşə daha yaxşı başlayan cənub təmsilçisi fasiləyə yeni transfer Rauf Əliyevin başla vurduğu gözəl qolla yollanıb. Lakin “ağ-yaşıllar” bu üstünlüyü sonadək qoruya bilməyiblər. Hətta AZAL son 20 dəqiqəni 10 nəfərlə keçirsə də, “Xəzər Lənkəran” qələbəni əldən verib. Meydan sahiblərinin bolqarıstanlı legioneri Tomi Kostadinov uzaq məsafədən vurduğu baxımlı qolla komandasını məğlubiyyətdən qurtarıb.

 

Qeyd edək ki, turun digər 3 oyunu sabah keçiriləcək.

 

 

Topaz Premyer Liqası, I tur

9 avqust (şənbə)
 

AZAL – “Xəzər Lənkəran” - 1:1
QOLLAR: 
Tomi Kostadinov, 74 - Rauf Əliyev, 35
Qırmızı vərəqə: Şəhriyar Rəhimov, 59 (ikinci sarı)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov 
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov 
“AZAL Arena”

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 6. Eduardo Makiel, 7. Təmkin Xəlilzadə, 10. Tomi Kostadinov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov (k), 14. Asif Mirili, 15. Oskars Klava, 17. Viktor İqbekoyi, 22. Eltun Yaqublu
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 5. Kərim Diniyev, 9. Aydın Qasımov, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev, 27. Rəşad Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov


"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko, 99. Dejan Blajevski
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Etame Mbilla, 12. Junior Nildo, 13. Aleksandr Şemonayev, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov
Baş məşqçi: Oğuz Çətin

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right