"Bakı" 133 gün sonra sevindi

“Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub. 

Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsümdə qələbə qazanmayan yeganə komanda olan paytaxtın eyniadlı təmsilçisi VII turun “Araz-Naxçıvan”la qarşılaşmasında 3 xal əldə edib – 2:1.
 
Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən bakılılar mayın 17-də “Rəvan”a qalib gəlmişdi – 3:2. Növbəti çempionat qələbəsini 133 gün gözləyən “Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi. 

Bu qarşılaşmalarda cəmi 1 xal qazanan paytaxt təmsilçisinin mövsümdəki ilk qələbəsi həm də baş məşqçi İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk dəfə 3 xala sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right