Oktyabrın 12-dən 24-dək Almaniyanın Heusenstamm şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Toplanış çərçivəsində yığma üzvləri laktat testi verəcək, həmçinin 4 yoxlama oyunu təşkil olunacaq.
Toplanışda iştirak edəcək futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.