"Qarabağ" Bakını tərk etdi

Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə "İnter"lə qarşılaşacaq "Qarabağ" klubu bu gün İtaliyaya yola düşüb.

Newsport.az-ın məlumatına görə, komanda matçın keçiriləcəyi Milan şəhərinə yollanıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov artıq Milandadır. Təcrübəli mütəxəssis dünən İtaliya A Seriyasının son turunda keçirilən "İnter" - "Kalyari" matçını (1:4) stadiondan canlı izləyib.

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right