Oğuz Çətin: “2 xal itirdiyimiz üçün məyusam"

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, türkiyəli mütəxəssis şanssızlıqdan gileylənib: “7 oyundu eyni problemlə qarşılaşırıq. Komandam meydanda mübarizə aparır, qol epizodu yaradır. Lakin şanslarımızı lazımınca dəyərləndirə bilmirik. Üstəlik, adi səhvdən sonra qapımızda qol gördük. Oyunçularımın çıxışından razıyam. Qapımızda qol görsək də, təslim olmadıq. Sona kimi mübarizə apardıq. Bu, müsbət haldır. 2 xal itirdiyimiz üçün məyusam. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right