“Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze “Sumqayıt”la oyundan (3:2) sonra keçirdiyi mətbuat konfransında deyib
Gürcüstamlı mütəxəssis bu qələbə ilə uğursuzluğa son qoyulacağına inandığını bildirib:“Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Mən onları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma “Sumqayıt” üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”.