"Futbol belə oynanılmır" - Aqil Məmmədov

"İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov “Simurq”a məğlub olduqları (2:3) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Gənc çalışdırıcı futbolçularından ciddi şəkildə narazılığını ifadə edib: “ Əvəzetmədən  meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right