"Neftçi" üsyan edir

Premyer Liqanın 7-ci turunda "Neftçi" doğma meydanda "Qarabağ"a 3:1 hesabı ilə məğlub olub. Lakin "Neftçi" rəhbərliyi bu oyunda hakim idarəçiliyindən narazı qalıb.
 
Newsport.az xəbər verir ki, klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu idarəçiliklə bağlı öz fikirlərini Futbol11.az-a açıqlayıb.

 

"Hər şey göz qabağındadır. Hakim oynamağımıza imkan vermir. Olmayan bir penalti verir. Epizoda baxanda yaxşı görünür ki, penalti epizoduna oyunun baş hakimi daha yaxındır. Lakin baş hakim epizoddan 35-40 metr uzaq olan yan xətt hakimin göstərişi ilə penaltini təyin edir. Həmin epizoddan aydın görünür ki, bu birbaşa qərəzdir. Burda heç bir penaltidən söhbət belə gedə bilməz. Bu, gülünc qərardır. Oyunun əvvəllərində isə Reynaldoya qırmızı vərəqə göstərməlidir. FİFA-nın qanunları da tələb edir ki, əgər futbolçuya arxadan birbaşa zərbə varsa, bu zaman oyunçu qırmızı vərəqə ilə cəzalanmalıdır. Daha sonra Reynaldo həmin penalti epizodunda iştirak edir. Əgər o, vaxtında qırmızı vərəqə alsaydı, bu penalti epizodu da olmazdı. "Qarabağ"ın vurduğu 3-cü qolda isə meydanın mərkəzində "Neftçi"nin futbolçusu Ernest Nfora qarşı kobudluq edilir. Ancaq hakim oyunu saxlamır və əks hücumdan "Qarabağ" qapımıza 3-cü qolu vurur. "Qarabağ"ın hakimlərin köməyinə ehtiyacı yox idi. Bu, hakimlərin və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun səhvidir. Bu tur bir oyunda təcrübəli hakim yox idi, soruşanda da deyirlər ki, təcrübəli hakimlər cəzalıdır. Bu da o deməkdir ki, Hakimlər Komitəsi işləyə bilmir. Gənc hakimlər də belə oyunun ağırlığını öz üzərinə götürə bilməzlər axı. Oyunun hakimi Orxan Məmmədovdur. Hansıki, iki il əvvəl Qəbələdə evini yandırıblar. Yenə də bizə qarşı qərəz var. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov öz işini görə bilmir. "Neftçi" - "Qarabağ" nəinki turun, Azərbaycan çempionatının ən böyük oyunudur. Hər iki komanda bu mövsüm Avrokuboklarda yaxşı çıxış edib. Lakin Xaqani Məmmədov gedir "Bakı" - "Araz Naxçıvan" oyununa autsayderlərin mübarizəsinə baxır. Buna nə ad vermək olar? Qarabağ" rəhbərliyi də deyir ki, həmin epizodda penalti yox idi. Bu epizodla bağlı "Neftçi" klubu da oyunun protokoluna öz etirazını bildirib. Bu səhvlər birinci deyil. "Xəzər Lənkəran"la oyunda Stamenkoviçə göstərilən qırmızı vərəqə epizodu - orada qırmızı vərəqədən söhbət belə gedə bilməz. "Qəbələ" ilə oyunda hakim "Neftçi"nin qələbə qazanmasına imkan vermədi. Verdiyi qərarlarla oyunun tempini aşağı salırdı. Bununla bağlı AFFA və PFL-ə də yazılı müraciət edəcəyik. AFFA rəhbərliyi hakimlərə çox gözəl şərait yaradıb, AFFA hakimlərə Polşada, Türkiyədə təlim-məşq toplanışı keçirir. Bu gün mənə elə bir iş göstərin ki, həmin sahədə çalışan adam 90 dəqiqəyə 800 manat pul qazansın. Qazandıqları pulun qədrini bilsin. Bunu təkcə futbol hakimi qazanır. Bu, futbol jurnalistinin 3 aylıq əmək haqqına bərabərdir. Biz öz etirazımızı Ramin Musayevə də bildirdik. PFL prezidenti klublar tərəfindən seçilir, o da klubların rifahını yaxşılaşdırmaq üçün çalışmalıdır."
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right