Millimizin hansı stadionda oynayacağı müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Newsport.az xəbər verir ki, yığmamızın yer aldığı 10-cu qrupun oyunları oktyabrın 23-28-də Belçikada təşkil olunacaq.

U-17 Belçika, İsveçrə, Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə mübarizə aparacaq. Artıq komandamızın oynayacağı stadionlar da müəyyənləşib. 



23 oktyabr
22.00 Belçika - Azərbaycan
Eisden. "Patro Eisden" stadionu. 

25 oktyabr
22.00 Azərbaycan - İsveçrə
Beringen. "Mijn" stadionu.

28 oktyabr
22.00 Bosniya və Hersoqovina - Azərbaycan
Eisden. "Patro Eisden" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right