"Neftçi" Premyer Liqanın son turunda evdə "Qarabağ"a uduzdu - 1:3.
Newsport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın prezidenti Sadıq Sadıqov qonaq komandanın soyunub-geyinmə otağına yollanıb.
Klub başçısı hakim qərarlarından narazı qalmasına baxmayaraq, qələbə münasibətilə rəqib futbolçularını təbrik edib. O, "Qarabağ"la fəxr etdiyini söyləyib. Sadıqov sonda Avroliqanın II turunda səfərdə "İnter"lə qarşılaşacaq Ağdam klubuna uğurlar diləyib.