İbrahim Uzunca: Tam üstün oynadıq

"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“1 həftədi ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq. Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right