Nizami Hacıyev: "Xadiməsindən tutmuş, yeməkxanada işləyənlərə kimi..."

"On il ərzində çox böyük dəyişikliklər baş verib. "İnter" daim inkişaf edən klubdu. Rəhbərliyə təşəkkürümü bildirirəm. Bu klubda çox illər ərzində tər tökmüşəm. Komanda üçün meydançada canımı verməyə hazıram. Bütün azarkeşlərə, işçilərə, xadiməsindən tutmuş, yeməkxanada işləyənlərə kimi hər kəsə dərin minnətdarlığımı bildiririəm".

Newsport.az -a açıqlamasında bu sözləri "İnter"in 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edən Nizami Hacıyev deyib. Hacıyev hər zaman "İnter" üçün əlindən gələni etdiyini və bundan sonra da var gücü ilə mübarizə aparacağını bildirib:


"Əvvəlcə mən komandaya nəyisə verməliyəm. Komanda futbolçunun vətəni kimidi. Klub ilə müqavilə bağlayırsan və hər ay maaşını alırsan. Bundan artığını gözləməməlisən. Bu səbəblə ilk öncə mən bütün gücümü bu komanda üçün sərf etməliyəm. Demirəm böyük nəticələr mənim köməkliyim ilə qazanılıb. Ancaq elə oyunlar olub ki, əlimdən gələni etmişəm, qol vurmuşam, məhsuldar ötürmə etmişəm. Yəni az da olsa komandanın qazandığı hansısa titulda mənim də payım var.

Mən ilk dəfə Valentin Xadukin ilə Azərbaycan çempionu olmuşam. İkinci dəfə Kaxaber Sxadadze çempion oldu. Komandaya cavabdeh olan şəxs baş məşqçidi. Ondan sonra gəlir prezident, vitse-prezident və.s. Bunlar komandaya görə can yandıranlar, çətin günlərində yanında olanlardı".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right