"Belə başlanğıcı heç kim gözləmirdi" - Sxadadze

"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 7-ci turunda AZAL-la bərabərə qaldıqdıqları matçdan (1:1) sonra fikirlərini bildirib.


Newsport.az -ın məlumatına görə, gürcü mütəxəssis oyuna çox pis başladıqlarını deyib:

"Belə başlanğıcı heç kim gözləmirdi. Standart epizoddan qol buraxdıq. Matçda bir az qarışıqlıq var idi. Daha sonra oyuna nəzarət etməyə başladıq. Yenə deyirəm, biz çox pis başladıq. Daha sonra qollar vurmaq üçün imkan oldu. Amma, sadəcə, bir qol vurduq. Görüşün başlanğıcını nəzərə alsaq, sonluq normal nəticədir. Bizim vaxtımız var. İstirahət edəcəyik və daha sonra yaxşı hazırlıq keçməliyik. Qarşıdakı oyunlarda xallar qazanmalıyıq”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right