Arif Əsədov: “Qarabağ”a belə penalti lazım deyil

“Bilirdik ki, “Qarabağ” bu matça yaxşı hazırlaşıb. Bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra “Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü".

Newsport.az -ın məlumatına görə,bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ"a uduzduqları matçdan (1:3) sonra deyib.

O bildirib ki, komandada çatışmazlıqlar var:

"Bunları aradan qaldırmalıyıq. Fasilə yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə idi". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right