Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Newsport.az saytının məlumatına görə, komanda Azərbaycan əsilli futbolçu, son olaraq "Berliner Ak" klubunda çıxış etmiş Kiyan Sultanpuru heyətinə qatıb. 25 yaşlı futbolçu komanda ilə ikiillik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasına "Union Berlin" klubunun A2 (91 oyun, 54 qol) komandasında başlayan Sultanpur 2011-2013-cü illər ərzində Dortmund "Borussiya"sının A2 komandasının formasını geyinib. O, çıxdığı 22 görüşdə 3 qol vurub. 2013-cü ildə "Saarbrücken" FK-dan "Berliner Ak"a transfer olunan Sultanpur son mövsümdə 27 qarşılaşmada 11 qola imza atıb