Premyer Liqanın VII turuna hazırlaşan "Bakı" məşqlərini davam etdirir.
Newsport.az xəbər verir ki, növbəti turda "Araz Naxçıvan"ı qəbul edəcək "zolaqlılar" qarşıdakı görüşə 2 itki ilə çıxacaq.
Belə ki, komandanın müdafiəçisi Mikayıl Rəhimov zədəli olduğundan, Naxçıvan klubu ilə matçı kənardan izləyəcək. Paytaxt təmsilçisinin serbiyalı yarımmüdafiəçisi Risto Ristoviç isə oyuna hazır deyil. O, məşq zamanı komandanın çalışdırıcısı İbrahim Uzuncanın etimadını doğrultmadığından, "Araz Naxçıvan"la oyunun heyətinə salınmayacaq.
Sözügedən qarşılaşma sabah saat saat 16:00-da start götürəcək.