"Neftçi"yə daha bir şok: Kapitan zədələndi!

Növbəti turda "Qarabağ"la üz-üzə gələcək "Neftçi" daha bir üzücü xəbər alıb.

Newsport.az  xəbər verir ki, paytaxt klubunun kapitanı Flavinyo məşq zamanı xəsarət alıb. 

Onun VII turda komandasına kömək edib-etməyəcəyi sual altındadı. Hər şeyə oyun günü aydınlıq gələcək. Bu növbəti tur öncəsi "flaqman"da ikinci itkidi. Buna qədər müdafiəçi Bruno Bertuççinin zədəsi ucbatından Ağdam klubu ilə matçda oynamayacağı dəqiqləşib. 

"Neftçi" - "Qarabağ" derbisi sabah saat 16:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right