Mövsümə iddialı hazırlaşan "Simurq", heyətinə yeni futbolçu qatıb.
Newsport.az saytının məlumatına görə, komanda dünən serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə rəsmi müqavilə bağlayıb. Moldaviyanın "Şerif" klubundan icarə əsasında transfer edilən 26 yaşlı Marko komandamızın Avstriya hazırlığında da iştirak etmişdi. Məşqçilər korpusunun rəğbətini qazanan serbiyalı mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. O, "Simurq"un heyətində "88" nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Zaqatala təmsilçisi transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə daha bir neçə futbolçu ilə rəsmi müqavilələr imzalanacaq.