Azərbaycan Premyer Liqasının 7-ci turunda sabah "Qarabağ"la qarşılaşacaq "Neftçi" oyuna ciddi itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından olan Bruno Bertuççi vacib matçı buraxmalı olacaq.
Newsport.az-ın məlumatına görə,bu barədə Qol.Az saytına komandanın baş məşqçisi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə zədədən əziyyət çəkən braziliyalı müdafiəçi oyuna hazır deyil.
A.Əsədov həmçinin hücumçu Ernest Nforun də zədəli olduğunu deyib. Bildirib ki, kamerunlu hücumçunun "Qarabağ"la oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah saat 16:00-da başlayacaq.