"İnter" yubleyinə "Netçi" və "Azal"dan başqa klubları dəvət etməmişdi?

Dünən “Hilton” otelində "İnter" klubunun 10 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Newsport.az -ın məlumatına görə,tədbirdə maraqlı məqam “Neftçi” və AZAL klubun mətbuat xidmətlərinin rəhbərləri Gündüz Abbaszadə və Eldəniz Yusifovdan əlavə heç bir klub rəsmisinin olmaması idi.Bunun səbəbini öyrənmək üçün “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədova müraciət etdik. Məmmədov saytımıza bildirdi ki, “İnter” bütün klubları tədbirə dəvət edib. Digər maraqlı məqam isə Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun tədbir başlamadan məkanı tərk etməsi oldu. Cavadov tədbirin gedişində mükafat təqdim etməli olduğu halda, məlum oldu ki, artıq oteldə deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right