BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya) oyununa Elçin Məmmədov təyinatı alıb.
Newsport.az -ın məlumatına görə, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 30-da, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.