"İnter" komandasının direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi heyəti və futbolçularıyla görüş keçirib.
Newsport.az saytının məlumatına görə, "İnter Arena" stadionunun mətbuat konfransı zalında mövsümün başlanması münasibətilə əvəzedici heyətin üzvlərini təbrik edən N.Məmmədov komandanın qarşısında dayanan məqsədin dəyişməz olduğunu, yəni çempionluq titulunu qorumağın vacib olduğunu xüsusilə vurğuladı və qarşıdakı oyunda komandaya uğurlar arzuladı.
Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev komandanın yeni mövsümə hazırlığı barədə məlumat verdi, rəhbərliyin etimadını doğrultmağa çalışacaqlarını vurğuladı və klub rəhbərliyinə komanda üçün yaradılan şəraitə görə təşəkkürünü bildirdi.