"Qarabağ"ın zədəli futbolçuları sırasına qoşulan kapitan Rəşad Sadıqov durumuna aydınlıq gətirib.
Newsport.az xəbər verir ki, Rəşad zədsinin nə vaxta sağalacağına da aydınlıq gətirib: "Məşqdə əzələmi dartmışam. Tibbi müayinədən sonra məsləhət gördülər ki, bir müddət məşq etməyim. Mən daha çox İtaliya və Xorvatiya ilə oyunlara qədər sıraya dönməyi düşünürəm. Çünki millimizi çox vacib oyunlar gözləyir".