İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov klubun 10 illiyi ilə bağlı fikirlərini açıqlayıb.
Newsport.az xəbər verir ki, o, bunları söyləyib:
"Klubun 10 illik yubileyində iştirak etmək xoşdu. Mən məhz bu klubun heyətində Azərbaycan çempionu olmuşam. Bu komanda həmişə iddialı olub, indi də elədi. Klub rəhbərliyini yubiley münasibətilə təbrik edirəm".