"Qəbələ"ile oyuna hazırlaşan "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir.
Newsport.az xəbər verir ki, Cənub təmsilçisi bu gün 2 dəfə məşqə çıxıb.
Lənkəran klubunun ilk məşqi saat 11:00-da keçirilib. Məşq "Neftçi"nin keçmiş bazasında olub. 16:00-da başlanan ikinci məşq isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil olunub. Sonuncu məşqi prezident Mais Mənsimov, vitse-prezident Tuyqun Nadirov və klubun idman direktoru Yunis Hüseynov yaxından izləyib.