"Qəbələ" "Xəzər Lənkəran"la oyuna ciddi itkilərlə hazırlaşır

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar" məşqlərini doğma məkanda keçirir. Ötən tur "Neftçi” ilə (0:0) oyundan sonra qısa istirahət edən "Qəbələ" sentyabrın 24-dən məşq prosesini bərpa edib. Məşqlərdə iki futbolçu - zədəsi olan Volodimir Levin və Dodo iştirak etmirlər.

Qeyd edək ki, "Qəbələ" - “Xəzər Lənkəran” matçı sentyabrın 28-i saat 19:00-da başlayacaq. Görüş "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right