U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqası və U-17 Liqada 2026/2027-ci illər mövsümünün püşkü atılıb.

Newsport.az xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib.

Hər iki liqa 14 komandanın iştirakı ilə keçiriləcək. Komandalar A və B qruplarına bölünüblər. Hər qrupda 7 komanda mübarizə aparacaq.

Liqalarda 1-ci turun oyunları avqustun 22-23-də keçiriləcək.

Gənclər Liqasında 1-ci turun təqvimi

A qrupu

“Qəbələ” – “Sumqayıt”

“Sabah” – “Qarabağ”

“Zirə” – “Araz-Naxçıvan”

Qeyd: “Neftçi” turu buraxacaq.

B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)

“Turan Tovuz” – “İmişli”

“Şamaxı” – “Lion”

Qeyd: “Kəpəz” turu buraxacaq.

U-17 Liqada 1-ci turun təqvimi

A qrupu

“Sabah” – “Qarabağ”

“Zirə” – “Qəbələ”

“Sumqayıt” – “Turan Tovuz”

Qeyd: “Neftçi” turu buraxacaq.

B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)

“Şamaxı” – “İmişli”

“Araz-Naxçıvan” – “Kəpəz”

Qeyd: EFA turu buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right