“Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək

“Qarabağ”ın UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də "Dinamo"ya qarşı keçirəcəyi oyunla əlaqədar Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək.

Newsport.az xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb. Oyunla əlaqədar “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qeyd edək ki, matç bu gün saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right