Rəşad Sadıqov da sıradan çıxdı!

"Qarabağ"da zədə epidemiyası davam edir.

Newsport.az xəbər verir ki, Danilo Dias və Çumbinyonun ardından komandanın kapitanı Rəşad Sadıqov da sıradan çıxıb.

Ağdam klubunun aparıcı üzvü bu günkü məşqdə əzələsini dartıb. Məşqi yarımçıq tərk edən müdafiəçinin durumuna sabah aydınlıq gələcək. Belə ki, təcrübəli futbolçunun zədəsinin ciddi olub-olmaması sabahkı tibbi müayinədən sonra bilinəcək.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right