İtaliyanın “mondiali.net” nəşri Avropa Liqasının qrup mərhələsinin II turunda baş tutacaq “İnter” – “Qarabağ” oyunu haqqında yazı hazırlayıb.
Newsport.az xəbər verir ki, həmkarlarımız oktyabrın 2-də Milanda “Cüzeppe Maetsa” stadionunda keçiriləcək qarşılaşma barəsində maraqlı faktlara toxunublar.Onların fikrincə, “İnter” yalnız kağız üzərində qrupun favoritdi: “Əslində, “Qarabağ” və “Dnepr” kimi komandalar daha iddialıdırlar. Çünki öncədən qrupun iki favoriti sayılan Fransanın “Sent Etyen” və İtaliyanın “İnter”i klubu heç də əvvəlki kimi gücdə deyillər. Bu komandaların son oyunlardakı nəticələri də bunu göstərir”.
Nəşr “Qarabağ”ın Premyer Liqadakı keçirdiyi son iki oyunu da şərh edib. Onlar qeyd ediblər ki, AZAL (3:0) və “Simurq” (1:0) üzərindəki qələbələr komandanın həm daxili çempionatda, həm də Avroliqada iddialı olmasından xəbər verir: “Azərbaycan təmsilçisinin daxili çempionatda çox çətin bir qarşılaşma gözləyir. Onlar vaxtı ilə Avroliqanın qrup mərhələsində oynamış və İtaliyada “İnter”lə (2:2) heç-heçə etmiş “Neftçi” ilə üz-üzə gələcəklər. Əgər Azərbaycan klubu bu matçı da qazansa, o zaman Milan şəhərinə çox yüksək motivasiya ilə gələcək və bu rəqibin burada istənilən nəticəni qazanmasına kömək edə bilər”.