“Heyətin gücləndirilməsinə ehtiyac var” – Tsxadadze

Yay təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" səfərdə "Sumqayıt"la yoxlama oyunu keçirib.

Newsport.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə başa çatan matçdan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma və komandanın hazırlıq durumu barədə fikirlərini bölüşüb:

“Hazırlığımız plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdur. Təlim-məşq toplanışının birinci mərhələsini bu gün başa vurduq. Bu günkü oyunda gördük ki, sürət bir qədər aşağıdır. Yavaş-yavaş bunun üzərində işləməliyik. Futbolçuların yanaşmasından razıyam. Ötən mövsüm ilk dəfə Premyer Liqada çıxış edən yerli futbolçular xeyli artırıblar. Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işləri davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar aparırıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right