"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.

Newsport.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il "qırmızı-ağlar"ın formasını geyinəcək.

O, 2023-cü ildən komandada çıxış edir.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right