"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Xatırladaq ki, "Sabah" daha öncə hazırlıq prosesi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə də 1:1 hesablı heç-heçəyə razılaşıb. 

Qeyd edək ki, növbəti yoxlama matçı çərçivəsində “Sabah” iyulun 2-də Ukraynanın “Polissya” komandası ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right