“Şahdağ Qusar” 2026/27 mövsümü üçün heyətini formalaşdırmağa davam edir.
Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi Gülağa Əsədovu heyətinə cəlb edib. Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Gülağa Əsədovun son klubu “Ordu” olub.