"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Newsport.az-ın məlumatına görə, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, "Flora" (Tallin, Estoniya) - "İberiya" (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right