Azərbaycan millisinin üzvü Rumıniya klubunda

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. O, “Petrolul” klubu ilə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cəlal buna qədər Bolqarıstanın “Arda” klubunda çıxış edirdi.

Qeyd edək ki, Hüseynov "Petrolul"da oynayan ikinci azərbaycanlı futbolçu olacaq. Ona qədər Elhad Nəziri də 2013-cü ildə "Pertolul"da çıxış edib. Nəziri komandanın heyətində cəmi 2 matça çıxsa da, Rumıniya kubokunun qalibi olmağı bacarıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right