Nəqşicahan fanklubunun sədr müavini Famil Cəlalov və Klubun idarə heyyətinin üzvü İlqar Qulusoy fan-klubdan ayrılıb.
Newsport.az saytına açıqlama verən İlqar Qulusoy fikirlərini belə açıqlayıb:
"Nəqşicahan"a böyük ümidlərlə gəlmişdik. Araz Naxçıvanın uğurları üçün fədakar azarkeş olaraq həmişə onun yanında olmuşuq.Bütün səfər oyunlarında 90 dəqiqə ayaq üstə “Araz” demişik, ruh yüksəkliyi yaratmaq üçün əlimizdən gələni etmişik. Təbii ki qarşılıqsız. Amma və Lakin .... Kifayət qədər maraqlı layihələrimiz, idealarımız həyata keçmədi. Nəqşicahan səfər oyunlarında komandaya dəstək üçün gedə bilmirsə fanklubda qalmağın yeri yoxdu. Bir daha “Nəqşicahan”dakı dostlara təşəkkürümüzü bildiririk.Biz sadəcə fanklubdan gedirik . Dostluq, qardaşlıq öz yerindədi. Yenə də Araz Naxçıvanın azarkeşiyik”.