Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqladı

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin “Bursaspor” klubuna keçməsinin səbəbini açıqlayıb.

Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu barədə AFFA-nın təşkil etdiyi sual-cavab sessiyasında azarkeşlərin suallarını cavablandırarkən danışıb:

“Çoxdandır Azərbaycanı ölkə xaricində təmsil etmək istəyirdim. Belə bir şans ələ düşdü. “Bursaspor” böyük tarixi olan klubdur. Azarkeşlərini hamı tanıyır. Qərar verdim ki, artıq vaxtdır. Ümid edirəm ki, uğurlu olar”.

Qeyd edək ki, “Bursaspor”a “Qarabağ”dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right