Azərbaycan millisi Macarıstanla üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Macarıstanla qarşılaşacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Azərbaycan millisi hazırda qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 10 xalla 1-ci pillədə qərarlaşıb. Şimali Makedoniyanın 3, Andorranın 1 xalı var.

5 iyun

Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup

18:00. Azərbaycan – Macarıstan
Baş hakim: Vanya Yankoviç (Sloveniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right