Milllimiz Avropa çempionatının finalında Ukrayna yığması ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gəlib. 

"Tipos Arena"da keçirilən oyunun əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Xətai Bağırov 12-ci dəqiqədə hesabı açsa da, serblər 7 dəqiqə sonra cavab qolunu vurublar. Belədə oyunun taleyi penaltilər seriyasında həll olunub.

Yığmamızın heyətində Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarovun zərbələri dəqiq alınıb. Penaltilər seriyasında 3:1 hesablı qələbə qazanan Azərbaycan millisi finala yüksəlib. Həlledici qarşılaşmada millimizin rəqibi Ukrayna yığması olacaq. 

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right